Bəzi dağ çaylarından sel keçəcək

21:15 - 18 Avqust 2023

Bəzi dağ çaylarından sel keçəcək

Avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, avqustun 19-u gündüzdən 20-si gündüzədək isə bəzi bölgələrdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Şərq küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, avqustun 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi proqnozlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az