Avtomobillərin icbari sığorta QİYMƏTLƏRİ ARTDI - VİDEO

09:49 - 22 Avqust 2023

Avtomobillərin icbari sığorta QİYMƏTLƏRİ ARTDI - VİDEO

Son dövrlərdə avtomobillərin icbari sığortasında qiymətlərdə artımlar müşahidə olunur.

 

Manset.az xəbər verir ki, sığorta eksperti Vüsal Bədəlov "Xəzər Xəbər"ə deyib ki, bu sahədə tətbiq edilən yeni qaydalar qiymət dəyişikliyinə səbəb olub.

Onun sözlərinə görə, bəzi sığorta şirkətlərində nəqliyyat vasitələrinin icbarı sığortasına maraq bir qədər azalıb.

Ekspert bildirib ki, hazırki qiymətlər sığorta şirkətlərinin xərclərini qarşılamır. Çünki sığortalıya ödənilən vəsaitin miqdarı xeyli yüksəlib. Ekspert bunu müəyyən səbəblərlə əlaqələndirib.

O, qeyd edib ki, gələcəkdə icbari sığorta qiymətlərində yenidən bahalaşmanın şahidi ola bilərik.

Vüsal Bədəlov əlavə edib ki, sığorta şirkətləri qiymətləri yenidən artıracağı təqdirdə sığortalıya ödənilən məbləğin də həcmi yüksələcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az