Ailəsi tərəfindən diləndirilən 65 yaşlı əlil qadın xəstəxanada vəfat etdi - VİDEO

13:12 - 28 Avqust 2023

Ailəsi tərəfindən diləndirilən 65 yaşlı əlil qadın xəstəxanada vəfat etdi - VİDEO

Bakıda ailədə şiddətə məruz  yaşlı əlil qadın xəstəxanada dünyasını dəyişib.

Manset.az-ın əldə etdiyi məlumata görə,  65 yaşlı Rəsmiyyə Hacıyeva  Ə.D. Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında vəfat edib. İlkin məlumata görə, o, ürəkçatışmazlığından ölüb.

Qeyd edək ki, bir ayağı amputasiya olunan 65 yaşlı Rəsmiyyə Hacıyeva Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsində oğlu və gəlini ilə birgə yaşayıb. Sosial şəbəkələrdə qadının evdə gəlini və oğlunun şiddətinə məruz qaldığı, diləndirildiyi bildirilirdi. Azad Azərbaycan Televiziyası (ATV) həmin yaşlı qadınla bağlı reportaj hazırlamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az