Atasını çəkiclə öldürdü - 10 il həbs cəzası aldı 

17:15 - 19 Mart 2026

Atasını çəkiclə öldürdü - 10 il həbs cəzası aldı 

Almaniyanın paytaxtı Berlində 80 yaşlı atasını öldürən şəxs 10 il cəza alıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, keçən ilin sentyabr ayında yatan 80 yaşlı atasını çəkic və bıçaq istifadə edərək öldürən 50 yaşlı şübhəli 10 il həbs cəzasına məhkum edilib. Məhkəmə təqsirli şəxsin ağır depressiya vəziyyətində olduğu üçün "davranışlarını idarə etmə qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmış ola biləcəyini" qərarlaşdırıb. Üç həftə davam edən məhkəmə prosesindən sonra qərarını açıqlayan məhkəmə cinayətin xüsusi amansızlıqla işlənildiyini vurğulayıb. İttihama görə, 50 yaşlı R. 14 sentyabr 2025-ci il gecəsi ona verilən açarla atasının Berlindəki Buch məhəlləsindəki mənzilinə gizlicə daxil olub. Yatan yaşlı adamın əvvəlcə bir çəkic ilə dəfələrlə başına vurub, sonra isə bir ov bıçağı ilə hücum edərək onu öldürüb.

Hadisədən bir neçə gün sonra getdiyi xəstəxanada həkimlərə cinayəti etiraf edən R. polisin hadisə yerində atasının cansız bədənini tapmasından sonra saxlanılaraq həbs olunub. R. etdiyi əmələ səbəb olaraq həyatından məmnun olmadığını və həm özünü, həm də atasını öldürmək istədiyini bildirmişdi.

Məhkəmə verdiyi 10 illik həbs cəzası qərarını təqsirli şəxsin psixoloji vəziyyətini nəzərə alaraq qəbul edib. Açıqlamada, "Şübhəlinin ağır depressiv dövr keçirdiyi və bu səbəbdən hadisə anında davranışlarını idarə etmə qabiliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşmış olacağı istisna edilə bilməz" - deyə qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az