Qarabağda aşkarlanan sursatların bir qismi 2021-ci il istehsalıdır - FOTOLAR

14:23 - 26 Oktyabr 2023

Qarabağda aşkarlanan sursatların bir qismi 2021-ci il istehsalıdır - FOTOLAR

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan "TOS-1A" odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bundan başqa, bölgədə aşkar edilən “Kornet” və "Faqot" tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.

Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur.

 






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az