"Narkotik kraliçası" manikürə gedərkən güllələndi

15:50 - 26 Oktyabr 2023

\"Narkotik kraliçası\" manikürə gedərkən güllələndi

Çilili "Tik-Tok" fenomeni Sabrina Duran həbsdən çıxdıqdan sonra dırnaq salonuna gedərkən güllələnib.

 

Manset.az  BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Elperiodico" qəzeti yazır.

Mərhum sosial şəbəkələrdə özünü kriminal aləmdə "narkotik kraliçası" kimi təqdim edib, avtomobil oğurluğu, narkotik alveri ilə məşğul olub.

Məlumata görə, qətl oktyabrın 24-də səhər saatlarında ölkənin paytaxtı Santyaqonun kənarında baş verib.

Naməlum maskalı şəxslər qıza səkkiz dəfə atəş açıb, sonra isə maşınına minib qaçıblar.

Daha sonra bu avtomobilin yanmış vəziyyətdə olduğu aşkarlanıb.

Qeyd olunur ki, Duran 2022-ci ildə həbs edilib və yerli mafiya təşkil etməkdə günahlandırılıb. Narkotik ticarətinə görə o, üç il müddətinə azadlıqdan məhrum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az