Azərbaycanda 2 nəfər göbələkdən zəhərləndi

10:19 - 27 Oktyabr 2023

Azərbaycanda 2 nəfər göbələkdən zəhərləndi

Goranboy rayonunun Erkəc kəndində 2 nəfər qidadan zəhərlənib.

 

Manset.az report-a istinadən xəbər verir ki, Goranboy rayon sakinləri - 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az