Tanınmış professor vəfat etdi - Bu səbəbdən

21:30 - 28 Oktyabr 2023

Tanınmış professor vəfat etdi - Bu səbəbdən

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin professoru İbadulla Əli oğlu Məmmədov bu gün qəflətən ürək tutmasından vəfat edib.

 

Manset.az xəbər verir ki, 72 yaşlı pedaqoq doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində dəfn olunub.

Qeyd edək ki, 1985-ci ildən etibarən sözügen univeristetdə çalışan İ.Məmmədov 6 monoqrafiyanın, 2 metodik vəsaitin, 1 dərsliyin və 100-ə qədər elmi məqalənin müəllifidir. "Qarabağ sivilizasiyasının mərkəzlərindən biri" məqaləsi dünyanın 64 ölkəsində çap olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az