Alimpaşa Məmmədovun istintaqı təzələndi

16:16 - 31 Oktyabr 2023

Alimpaşa Məmmədovun istintaqı təzələndi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşmaq üzrədir.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mülki iddiaçı qismində tanınmış Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi məhkəmə istintaqının yenilənməsini istəyib.

Alimpaşa Məmmədov mülki iddiaçının vəsatətinə etiraz etməyib: “Məhkəmə kollegiyası nə qərar qəbul etsə, razıyam”.

Proses dekabrın 5-nə kimi təxirə salınıb.

Qeyd edək ki, A. Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətlərində ittiham olunan keçmiş icra başçısı məhkəmədə özünü təqsirli bildiyini deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az