Prezidentin fərdi təqaüdü kimlərə verilir? - DSMF-dən AÇIQLAMA

17:28 - 31 Oktyabr 2023

Prezidentin fərdi təqaüdü kimlərə verilir? - DSMF-dən AÇIQLAMA

Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 1500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu bildirib.

Təqaüd plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Təqaüd 2002-ci il iyul ayının 1-dən verilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az