Müdafiə potensialına ayrılacaq vəsaitin həcmi...

00:42 - 02 Noyabr 2023

Müdafiə potensialına ayrılacaq vəsaitin həcmi...

Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Belə ki, müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsinin əsaslı xərclərindən qarşıda duran vəzifələrə və bağlanılmış müqavilələrə uyğun olaraq xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 3 milyard manat məbləğində vəsait proqnozlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az