Bakıda tikinti şirkətindən 20 min manatlıq oğurluq oldu

15:45 - 02 Noyabr 2023

Bakıda tikinti şirkətindən 20 min manatlıq oğurluq oldu

Nərimanov rayonu ərazisindəki tikinti şirkətlərinin birindən cari ilin iyul-oktyabr ayları ərzində 20 000 manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini N.Bayramov, E.Neymətov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar E.Nəcəfov və S.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az