Əbülfəs Qarayev uzun müddətdən sonra görüntüləndi

12:07 - 17 Noyabr 2023

Əbülfəs Qarayev uzun müddətdən sonra görüntüləndi

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun (1923-1980) 100 illiyinə həsr olunmuş gecə keçirilib. Yubiley münasibətilə teatrın hazırladığı “Sənsiz” tamaşasının premyerası olub.

 

Manset.az xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Onların arasında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev də olub. O, tədbirə həyat yoldaşı ilə qatılıb. 

Xatırladaq ki, Ə. Qarayav 2006-2018-ci illərdə mədəniyyət və turizm naziri, 2018- 2020-ci illərdə isə mədəniyyət naziri olub.

2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi, qurumun vəzifəli şəxsləri saxlanılmışdı. 

Həmin vaxt Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra R. Bayramovun məhkəmənin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. Qərara əsasən, sabiq nazir müavininin həbs müddəti 4 il 6 aya endirilib. 2023-cü ilin mayında Prezident İlham Əliyevin Sərəncamı ilə R. Bayramov əfv edilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov isə tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci ilin yanvarında çıxardığı hökmə əsasən, o, 11 il müddətə azadlıqdan məhrum edilib. Daha sonra Z. Sultanovun apellyasiya məhkəməsi keçirilib. Qərara əsasən, onun həbs müddəti 5 il 6 aya endirilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az