Prezidentin işdən çıxardığı Mirsənani Seyidov KİMDİR?... - DOSYE

15:45 - 17 Noyabr 2023

Prezidentin işdən çıxardığı Mirsənani Seyidov KİMDİR?... - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naxçıvan şəhərinin icra başçısı Mirsənani Seyidov vəzifəsindən azad edilib.

 

Manset.az xəbər verir ki, Modern.az işdən çıxarılan icra başçısının dosyesini araşdırıb.

Məlum olub ki, Mirsənani Seyidov 2018-ci ildə icra başçısı təyin edilib. O, bu vəzifədə Vüqar Səfərovu əvəz edib.

Seyidov əvvəllər Naxçıvan Ali Məclisinin Aparatında şöbə müdiri, daha sonra Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri işləyib.

Qeyd edək ki, onun yerinə hələlik təyinat yoxdur. Konstitusiyanın 141-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az