Akif Əsgərov vəfat etdi

16:40 - 18 Noyabr 2023

Akif Əsgərov vəfat etdi

Azərbaycanın görkəmli heykəltaraşı, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Akif Əsgərov bu gün saat 17:00-da “Qurd Qapısı” qəbiristanlığında dəfn olunacaq. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az