Ətraf mühitin çirkləndirilməsinə görə bu rayonun bələdiyyə sədri məsuliyyətə cəlb olundu

22:22 - 18 Noyabr 2023

Ətraf mühitin çirkləndirilməsinə görə bu rayonun bələdiyyə sədri məsuliyyətə cəlb olundu

Xaçmaz rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Qımılqışlaq kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az