"Hərbçilərin kirayə pulu, minaaxtaranların maaşı artırılmalıdır" - Siyavuş Novruzov

12:59 - 21 Noyabr 2023

\"Hərbçilərin kirayə pulu, minaaxtaranların maaşı artırılmalıdır\" - Siyavuş Novruzov

Büdcədə Prezidentin Ehtiyat Fondunun artırılmasını təklif edirəm.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat hərbçilər, müəllimlər və həkimlərlə bağlı problemə də toxunub: “Hərbçilər bir yerdən başqa yerə gedir, onlara kirayə üçün verilən məbləğləri artırılmalıdır. Xarici dillər üzrə müəllimlər də rayonlara gedib dərs keçir, onlara verilən kirayə pulu da artırılmalıdır”.

Siyavuş Novruzov qeyd edib ki, minatəmizləyənlər bilmir səhər çıxanda axşam qayıda biləcəklərmi “Azad olunmuş ərazilərdə minaaxtaranların maaşı artırılmalıdır. Bura FHN-nin minaaxtaranları da aiddir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az