Məşhur aktyor Laçına köçdü - FOTO

11:32 - 22 Noyabr 2023

Məşhur aktyor Laçına köçdü - FOTO

Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

 

Manset.az Trend-ə istinadən bildirir ki, Laçına gedənlər arasında tanınmış aktyor Rauf Şahsuvarov da olub.

Trend-in kamerasına tuş gələn aktyor, Laçında işləyəcəyini bildirib.
Qeyd edək ki, aktyor 1991-1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın - Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.
Rauf Şahsuvarov hazırda Bakı Uşaq teatrında işləyir. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olub və müxtəlif rollar oynayıb.

Aktyor "O dünyadan salam", "Lal", "Yol yoldaşları", "QAZ", "Kəndim+nizə qayıdın!?", "Sübhün səfiri", "Oğlan evi 2", "Hoqqa", "Sən demə" filmlərində, "Pərvanələrin rəqsi", "Sonuncu fəsil", "Qız atası", "Vicdan haqqı", "Əqrəb mövsümü" seriallarında yaddaqalan obrazlar yaradıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az