Bakı məktəbinndə insident - Müəllimə töhmət VERİLDİ

21:11 - 26 Noyabr 2023

Bakı məktəbinndə insident - Müəllimə töhmət VERİLDİ

Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılıb.

 

Məktəbdən Manset.az-a bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.

Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az