İsrailin hərbi kabineti Qəzza zolağında atəşkəs rejiminin dördgünlük müddətindən sonra uzadılmasını müzakirə edir.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, müzakirə Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri daha çox girovların azad edilməsi müqabilində atəşkəsi uzatmağa hazır olduqlarını bildirdikdən sonra başlayıb.
Qeyd edək ki, noyabrın 22-də HƏMAS hərəkatı Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında dördgünlük humanitar atəşkəs haqqında razılığa gəldiyini açıqlayıb. Atəşkəs noyabrın 24-də qüvvəyə minib.