Azərbaycan, Türkiyə, Gürcüstan birgə təlim keçirəcək

17:26 - 27 Noyabr 2023

Azərbaycan, Türkiyə, Gürcüstan birgə təlim keçirəcək

Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik.

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.

O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib.

Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır: "Fürsətdən istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah arzulayıram".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az