Azərbaycanda ən çox hansı yaşda pensiya alırlar?

17:50 - 27 Noyabr 2023

Azərbaycanda ən çox hansı yaşda pensiya alırlar?

Bu gün pensiyaçılarımızın 64 %-i yaşa görə, 24 %-i əlilliyə görə, 12 %-i isə ailə başçısını itirməyə görə pensiya alır. 

 

Manset.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Amma bu bölgü də hələlik bizi qane etmir. Çünki ölkədə ümumi əlilliyi olanların sayı əhalinin cəmi 5 %-dirsə, əvvəlki dövrlərdə 6 % idi. Pensiyaçılar içərisində əlilliyi olanların sayı 37-38 % təşkil edir. Onların arasında saxtakarlığı olanlar da vardı.  Ona görə də bu istiqətdə aparılan böyük maştablı təmizlik işləri nəticəsində 38 %-dən 24 %-ə düşmüşük”.

Nazirin sözlərinə görə, yaşa görə pensiya isə əksər ölkələrdə beynəlxalq normativ 65-70 % arasındadır.

"Bu istiqamətdə də irəliləyiş əldə edib 64 %-ə yaxınlaşmışıq. Ölkədə bu gün 0-18 yaş arası 18 500, 19-40 yaş arası 28 953, 41-50 yaş arası 48 379, 51-55 yaş arası 46 156, 56-60 yaş arası 71 000, 61-65 yaş arası 151 000, 66-73 yaş arası 324 000, 77 yaşdan yuxarı isə 148 000 pensiyaçı var”, - deyə nazir bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az