“Açıq mikrofon” aksiyası Quşçu kəndində keçirildi - FOTOLAR

17:52 - 28 Noyabr 2023

“Açıq mikrofon” aksiyası Quşçu kəndində keçirildi - FOTOLAR

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Daşkəsən rayonunun Quşçu kəndində təşkil olunub. Kənd camaatının aksiyada ünvanladığı müxtəlifyönümlü müraciətlərin sayı 10-dan çox olub.

 

Manset.az xəbər verir ki, abonentlərdən 3 nəfər fərdi qaz tənzimləyicisinin nasaz olmasını Birliyin rəhbər şəxslərinin diqqətinə çatdırıb.

Çıxış edən 2 nəfər sakin isə qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Küçə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı isə 1 müraciət ünvanlanıb.

Şəmkir RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin yerində araşdırılaraq Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildiriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv