Ceyhun Mirzəyevin yeganə qızı küçədə yaşayır - VİDEO  

20:14 - 09 May 2025

Ceyhun Mirzəyevin yeganə qızı küçədə yaşayır - VİDEO  

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır.


Manset.az xəbər verir ki, bu barədə aparıcı Zaur Baxşəliyev bildirib.

"Uzun müddət əvvəl Azərbaycandan gedib. Niyə görə gedib? Küsüb gedib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsə də qəbul etmir, gizlənir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Mirzəyeva Ceyhun qızı" deyə, aparıcı vurğulayıb.

Qeyd edək ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad" olub. O, 1993-cü il martın 5-də vəfat edib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv