TƏBİB-dən ödənişli yoldakı qəza ilə bağlı AÇIQLAMA

01:02 - 29 Noyabr 2023

TƏBİB-dən ödənişli yoldakı qəza ilə bağlı AÇIQLAMA

Yeni istifadəyə verilən Bakı-Quba-Rusiya sərhədinə gedən ödənişli yolun Xaçmazdan keçən hissəsində "Nissan-X-Trail" markalı avtomobil aşıb.

 

Manset.az  bizim media-ya istinadla xəbər verir ki, TƏBİB ödənişli yolda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə açıqlama yayıb.

Qurumdan bildirilib ki, 1964-cü il təvəllüdlü vətəndaş 28.11.2023-cü il tarixində saat 19:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

"Vəziyyəti ağır olan pasiyentə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarının küt travması, qabırğaların çoxsaylı sınıqları diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, pasiyent saat 20:39 radələrində vəfat edib", - deyə açıqlamada qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv