Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu

20:40 - 30 Noyabr 2023

Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu

Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub.

 

Manset.az xəbər verir ki, bu barədə Muxtar Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qızılcaya yoluxan 6 sakinin 4-u ambulator, 2-i isə stasionar müalicə olunub.

Bu xəstəliyə yoluxma halları isə Şahbuz (2 yoluxma), Babək (2 yoluxma), Şərur (1 yoluxma) və Kəngərli (1 yoluxma) rayonlarında qeydə alınıb. Yoluxan şəxslərin 3-ü qadın, 3-ü isə kişidir.
Bildirilib ki, qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir:

"Bu xəstələr həkimlər tərəfindən nəzarətə götürülür. Ağır xəstələr isə yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az