Rəsul Quliyevə itki

23:12 - 30 Noyabr 2023

Rəsul Quliyevə itki

Milli Məclisin sabiq sədri Rəsul Quliyevə ağır itki üz verib.

 

Manset.az news24.az-a istinadla xəbər verir ki, bu barədə siyasətçinin özü məlumat verib.

Qeyd edək ki, sabiq sədrin bacısı oğlu vəfat edib. 

R. Quliyev onunla bağlı xatirələrini sosial şəbəkə hesabında paylaşıb. 

"Mənə bacımoğlu Baxşəlinin vəfat etdiyi xəbəri çatdı. Mən feysbukda bu barədə yazmalıydım. Çünki biz 2 il bizim kənddə orta məktəb olmadan, bizdən 12 km aralı başqa kənddə oxuyurduq və yataqxanada bir otaqda qalırdıq. Onunla iki il pendir çörək və çaşır adlı bir dağ bitkisinin turşusunu yeyib yaşamışıq. O, məndən 3 yaş balaca idi. Çox çalışqan bir insan idi. Uşaqları da çox fərasətli çıxdı. Allah rəhmət etsin", - deyə paylaşımında qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az