Nazir bu agentliyə yeni sədr təyin etdi - FOTO

10:03 - 04 Dekabr 2023

Nazir bu agentliyə yeni sədr təyin etdi - FOTO

Təhsil Nazirliyində növbəti kadr təyinatı olub. 

 

Manset.az-ın əldə etdiyi məlumata görə, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov tutduğu vəzifəsindən azad olunub. Digər əmrlə o, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. 

Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə hələki təyinat yoxdur. Bu barədə məlumat qurumdan saytımıza təsdiq edilib. 

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin keçmiş sədri Ülkər Səttarova bir müddət əvvəl Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

 

Manşet.az 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv