“Ölmüşdük, Prezidentimiz bizi diriltdi” - Dürdanə Bəbirova

22:36 - 07 Dekabr 2023

“Ölmüşdük, Prezidentimiz bizi diriltdi” - Dürdanə Bəbirova

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər- Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

 

Manset.az xəbər verir ki, Qafqazinfo  bu münasibətlə Aşqin Bəbirovun anası Dürdanə Bəbirova ilə də əlaqə saxlayıb.

“Nə deyə bilərəm? Hər zaman sizlər yanımızda oldunuz. Prezidentimizə çox minnətdaram. Ölmüşdük, Prezidentimiz bizi diriltdi. Səsimizə səs verdi, fəryadımızı eşitdi”- deyə D.Bəbirova sevinc göz yaşlarına hakim ola bilməyib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv