Azad olunan hərbçimizin anası: Qarşılamaq üçün 50 bayraq hazırlamışıq - VİDEO

22:41 - 13 Dekabr 2023

Azad olunan hərbçimizin anası: Qarşılamaq üçün 50 bayraq hazırlamışıq - VİDEO

Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub.

 

Hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov azad olunublar.

Baku TV-nin əməkdaşı Hüseyn Axundovun ailəsində olub.

Əsirlikdən azad olunan hərbçimizin anası Şəlalə Axundova sevincini bölüşüb:

“Onu qarşılamaq üçün bəlkə 50 bayraq hazırlamışıq. Dostları, qəsəbə sakinləri yığılıb, hamı onu qarşılamağı gözləyir. Düzdür, nə vaxt gələcəyini bilmirik. İnşallah, o gün də gələr. Prezidentimiz bu günü bizə yaşadıbsa, o günü də yaşayacağıq”.

 

Manset.az  ətraflı süjeti təqdim edir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az