YAP-ın növbədənkənar prezident seçkilərindəki səlahiyyətli nümayəndələri onlar oldu

11:38 - 15 Dekabr 2023

YAP-ın növbədənkənar prezident seçkilərindəki səlahiyyətli nümayəndələri onlar oldu

Yeni Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələri təyin edilib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini-Baş nazirinin müavini Əli Əhmədov səlahiyyətli nümayəndələr təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az