logo
logo logo
logo

Sabahın hava proqnozu AÇIQLANDI

12:33 - 17 Dekabr 2023

Sabahın hava proqnozu AÇIQLANDI

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, dekabrın 18-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az