Nərimanovda 33 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var (Yeniləndi)

09:40 - 27 Dekabr 2023

Nərimanovda 33 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var (Yeniləndi)

Bu gün saat 3 radələrində Bakının Nərimanov rayonu ərazisində qətl hadisəsi baş verib.

Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1990-cı il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Nəbiyev Elşən Firudun oğlu saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş ver verib.

Araşdırma aparılır.

***

Hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğu da məlumat yayıb.

Manset.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, dekabrın 27-si saat 2 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Etibar Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, E.Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az