Bir nəfəri yarım saatda 2 dəfə maşın vurdu - Dəhşətli qəza

10:46 - 27 Dekabr 2023

Bir nəfəri yarım saatda 2 dəfə maşın vurdu - Dəhşətli qəza

Bakı-Quba yolunun 37-ci kilometrində Vüsal Xangəldiyev idarə etdiyi "Ford Tranzit" markalı yük maşını ilə yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Oruc Osmanovu vurub.

 

Manset.az xəbər verir ki, hadisə dekabrın 25-də saat 19:30 radələrində baş verib.

Nəticədə, piyada xəsarət alaraq yolun asfalt örtüyünün üzərində qalıb. 

Təxminən yarım saat sonra isə Elşən Cəfərov adlı şəxs idarə etdiyi “QAZ 31” markalı avtomobillə yolun üzərində qalmış O.Osmanovu vurub. Bu dəfə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az