“Bayraktar-TB3” daha bir sınağı uğurla tamamladı - VİDEO

12:00 - 27 Dekabr 2023

“Bayraktar-TB3” daha bir sınağı uğurla tamamladı - VİDEO

“Bayraktar-TB3” pilotsuz uçuş aparatları daha bir sınaq uçuşunu uğurla başa vurub.

 

Manset.az xəbər verir ki, bu barədə Baykar şirkətini İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar paylaşım edib.

O, bildirib ki, 9 saat havada qalan TB3 14-cü sınağını tamamlayıb.

“Bayraktar-TB3” pilotsuz uçuş aparatları, qatlana bilən qanad quruluşu ilə TCG Anadolu (gəmi) kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq. Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar, TCG Anadolu gəmisində “Bayraktar-TB3” üçün sınaqlara 2024-cü ildə başlamağı planlaşdırdıqlarını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az