Minaya düşən Agentlik əməkdaşının vəziyyəti açıqlandı

12:12 - 27 Dekabr 2023

Minaya düşən Agentlik əməkdaşının vəziyyəti açıqlandı

Mina partlayışında xəsarət alan ANAMA məkdaşının vəziyyəti açıqlanıb.

 

Bu barədə Manset.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

“İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində Agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb.

İlkin müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Həyati təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az