Bakı-Ağstafa istiqamətinə sürət qatarı istifadəyə verildi

15:42 - 27 Dekabr 2023

Bakı-Ağstafa istiqamətinə sürət qatarı istifadəyə verildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa istiqaməti üzrə sürət qatarı təyin edir.

 

QSC-dən Manset.az-a verilən məlumata görə, 31 dekabr tarixində Bakıdan saat 16:00-da yola düşən qatar saat 22:25-də Ağstafaya çatacaq.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az