Cəbrayılda silah-sursat tapıldı

13:34 - 09 Yanvar 2024

Cəbrayılda silah-sursat tapıldı

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan, patronlar və digər sursatlar aşkar edərək götürüb.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan 3 ov silahını da polis əməkdaşlarına təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az