Füzulidə silah-sursat aşkarlandı

13:16 - 20 Yanvar 2024

Füzulidə silah-sursat aşkarlandı

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 8 avtomat və 3 qumbaraatan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərlə rayon sakinləri tapdıqları 1 ədəd snayper və 1 ədəd ov tüfəngini polis əməkdaşlarına təqdim ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az