Bakıda gənc qız dəm qazından boğularaq öldü

23:48 - 20 Yanvar 2024

Bakıda gənc qız dəm qazından boğularaq öldü

Bakının Sabunçu rayonunda dəm qazından bir nəfər ölüb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 26 yaşlı Sevinc Ramazanova hamam otağında dəm qazından boğulub. O, xəstəxanaya aparılarkən yolda keçinib.

S.Ramazanovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az