Bakıda 34 yaşlı qadın dəm qazından boğulub.
Manset.az xəbər verir ki, hadisə Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsindəki mənzillərdən birində qeydə alınıb.
1990-cı il təvəllüdlü Elmira Azər qızı Aslanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.