Xanlar Ağalarov kimdir? - FOTO

16:21 - 29 Yanvar 2024

Xanlar Ağalarov kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Xanlar Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən yeni sədrin dosyesini təqdim edir.

Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. O, eyni zamanda Böyük Britaniyanın Kembric Universitetinin dövlət siyasəti ixtisası üzrə magistr proqramını bitirib.

X. Ağalarov bu təyinatına qədər Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edildi. Bundan öncə isə Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az