Diana Əhədpur 15 855 AZN-lik bahalı geyimi - FOTOlar

17:56 - 29 Yanvar 2024

Diana Əhədpur 15 855 AZN-lik bahalı geyimi - FOTOlar

Azərbaycanlı model Diana Əhədpur geyimi ilə müzakirələrə səbəb olub. 

 

Manset.az Baku.ws-ə istinadən bildirir ki, məclislərdən birinə qatılan model geyindiyi bahalı libası ilə bütün diqqətləri üzərinə çəkib. 

Belə ki, Diananın "ALEX PERRY" brendinə aid donunun qiyməti 3609 AZN-dir.

Modelin palto, çanta və çəkmələri isə "Dolce & Gabbana" brendinə aiddir.

Çantasının qiyməti 3350 AZN, qalın üst geyiminin qiyməti 6777 AZN, çəkmələrin qiyməti 2119 AZN olub.

Əhədpurun üzərindəki geyimlərin ümumilikdə məbləği 15 855 AZN-dir.

Onların qiymətlərini kim_hardan_geyinir instaqram səhifəsi paylaşıb.

Məlumat üçün bildirək ki, azərbaycanlı model Diana Əhədpur iranlı iş adamı Əhədpur Xangah Mənuçehrin həyat yoldaşıdır. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az