"iPhone"lar bu il tarixin ən böyük yeniləməsini alacaq - Nələr olacaq?

20:34 - 29 Yanvar 2024

\"iPhone\"lar bu il tarixin ən böyük yeniləməsini alacaq - Nələr olacaq?

2024-cü ildə "Apple" iOS 18-i buraxacaq və bu, ehtimal ki, "iPhone" tarixindəki ən böyük yeniləmə olacaq. 


Manset.az türk mediasına istinadən xəbər verir ki, bu barədə "Bloomberg" müxbiri və tanınmış insayder Mark Qurman məlumat verib.

İlk növbədə iOS 18-də dəyişikliklər Siri-yə təsir edəcək. Yenilənmiş səs köməkçisi "Apple"ın üzərində işlədiyi generativ süni intellekt formasında yeni nüvə əldə edəcək. Bu yenilik Siri-ni daha faydalı və ağıllı etməlidir.

Generativ süni intellekt digər əməliyyat sistemi xidmətlərinə də daxil ediləcək. Hələlik məlumdur ki, "Apple Music" mütləq onlardan biri olacaq. Süni intellektin hansı funksiyalara cavabdeh olacağı barədə məlumat verilmir.

iOS 18-də daha bir böyük yenilik "Rich Communication Services" (RCS) mesajlaşma standartına dəstək olacaq. RCS SMS-in təkmilləşdirilmiş analoqudur, hər mesaj üçün simvol məhdudiyyəti yoxdur, lakin multimedia mübadiləsinə imkan verir və kontaktlar haqqında metadataları dəstəkləyir.

iOS 18-in beta versiyasının buraxılması ənənəvi olaraq illik WWDC tərtibatçı konfransından sonra 2024-cü ilin yayında gözlənilir. İctimai versiyanın buraxılışı "iPhone 16"nın buraxılması ilə yanaşı və ya ondan qısa müddət sonra baş tutacaq.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az