"Apple" şirkəti "Vision Pro" ilə bağlı ETİRAF ETDİ

18:28 - 01 Fevral 2024

\"Apple\" şirkəti \"Vision Pro\" ilə bağlı ETİRAF ETDİ

"Apple" şirkəti "Vision Pro" eynəklərdə kritik zəifliyin olduğunu etiraf edib.

 

Manset.az xəbər verir ki, bu barədə TechCrunch məlumat yayıb.

Məlumatda bildirilir ki, Korporasiya əlavə reallıq eynəkləri üçün VisionOS 1.0.2 proqram yeniləməsini buraxıb. Orada "Apple" mütəxəssisləri Safari və digər veb proqramları gücləndirən brauzer mühərriki olan WebKit ilə əlaqəli zəifliyi aradan qaldırıblar. Şirkətin materiallarında deyilir ki, boşluq artırılmış reallıq eynəklərində zərərli kodu icra etməyə icazə verib.

Həmçinin TechCrunch  qeyd edib ki, bu, "Apple"ın əvvəllər iOS 17.3 yeniləməsini buraxmaqla iPhone, iPad, Mac və Apple TV-də düzəltdiyi eyni zəiflikdir. Hakerlərin xüsusi olaraq "Vision Pro" dakı boşluqdan istifadə edib-etmədiyi bəlli deyil. "Apple" sözçüsü Scott Radcliffe TechCrunch-ın sualına  cavab verməyib.

Media ekspertlərinin fikrincə, proqramçılar tez-tez "WebKit"-in zəif cəhətlərindən cihazın əsas əməliyyat sisteminə nüfuz etmək və istifadəçinin şəxsi məlumatlarını oğurlamaq üçün istifadə edirlər. 2023-cü ildə "Apple WebKit" problemlərini həll etmək üçün bir neçə yamaq buraxıb.

Yanvarın sonunda aparıcı İT nəşrləri və bloqçular "Vision Pro" haqqında ilk rəyləri dərc ediblər. Müəlliflər ümumiyyətlə cihazı tərifləsələr də, onu yüksək qiymətə görə tənqid ediblər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az