ABŞ-dəki səfirliyimizdən Azərbaycan vətəndaşlarına MÜRACİƏT

10:49 - 02 Fevral 2024

ABŞ-dəki səfirliyimizdən Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.

 

Manset.az Secki-2024.az saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının “X” sosial şəbəkədəki paylaşımında qeyd olunub.

“7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar səfirliyimizdə seçki məntəqəsi yaradılıb. ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00 AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, - paylaşımda diqqətə çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az