Magistral yolda ov quşları satırdılar - Saxlanıldılar

12:35 - 02 Fevral 2024

Magistral yolda ov quşları satırdılar - Saxlanıldılar

Qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan, quş ətinin satışı, istifadəsinin qarşısının alınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən monitorinqlər keçirilib.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun Manset.az-a verdiyi mlumata görə, monitorinq zamanı Masallı-Lənkəran magistral yolunun kənarında ov məhsullarının satışını həyata keçirən şəxslər saxlanılıb.

B.Məhəmmədov bildirib ki, araşdırma zamanı onların Lənkəran rayonu, Şirinquyu kənd sakini Elməddin Niftullayev, Qumbaşı kənd sakinləri Emin Əliyev və Samir Musayev olduğu məlum olub:

“Faktla bağlı qanun pozucularından ümumilikdə 10 baş çöl quşu götürülüb. Hazırda monitorinqlər davam edir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az