Vəzifəsindən ayrılan Tağı Əhmədovun yerinə TƏYİNAT

15:38 - 02 Fevral 2024

Vəzifəsindən ayrılan Tağı Əhmədovun yerinə TƏYİNAT

Azərbaycan Memarlıq və İnşaat Universiteti Tağı Əhmədovun həmin təhsil müəssisəsindəki vəzifəsindən ayrılması məsələsinə aydınlıq gətirib.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya universitetin mətbuat katibi Nicat Abdullayev məlumat verib.

Onun sözlərinə görə, T.Əhmədov səhhətində olan problem səbəbindən ötən ilin dekabrında işdən çıxıb:

“Tağı Əhmədovun səhhətində problem var idi və işlə aktiv şəkildə məşğul ola bilmirdi. Ona görə də öz ərizəsi ilə işdən ayrıldı. Onun yerinə professor Qasım Abdullayev seçildi”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az