Müğənni Nadir Qafarzadə gözündən əməliyyat olunub.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə ifaçi sosial media hesabında məlumat verib.
Gözünü əməliyyat etdirən N. Qafarzadə səhhətinin yaxşı olduğunu bildirib:
"Allah heç kimi orqanları ilə sınağa çəkməsin. Bütün orqanlar lazımdır. Amma göz daha çox... Ailəm də yanımdadır, qızım, yoldaşım... Gəliblər ki, mənə qulluq edələr".