Tərtərdə minaya düşən gəncin son durumu AÇIQLANDI

22:30 - 04 Fevral 2024

Tərtərdə minaya düşən gəncin son durumu AÇIQLANDI

Tərtərin Qızıloba kəndində minaya düşən rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlunun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

 

Manset.az  "Report"a istinadla xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralıya ilkin tibbi yardım göstərilib.

Ona partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yarası, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az